RU

Mərkəz rəhbəri: Pakistan iqlim diplomatiyasında səylə iştiraka hazırdır

"Pakistan iqlim diplomatiyasında səylə iştirak etməyə, həssas ölkələrin bu fəlakətdən daha az itkilərlə xilas olması üçün səyləri artırmağa hazırdır".

APA xəbər verir ki, bunu Pakistanın Təbii Fəlakətlərin İdarəolunması üzrə Milli İdarəsinin rəhbəri Hayder Malik Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası çərçivəsində Pakistanın "Yaşıl Zona"kı pavilyonunda "Dayanıqlığın İqlim Diplomatiyası Vasitəsilə Möhkəmləndirilməsi" mövzusunda tədbirdə bildirib.

Adıçəkilən ölkənin İqlim Diplomatiyası Mərkəzinin direktoru Amna Munavvar Avan isə iqlim dəyişikliyinin fəsadlarının nəticələrinin yumşaldılması üçün birgə fəaliyyətin həyata keçirilməsini təklif edib: "Pakistan iqlimin zərərli faktorları ilə birgə mübarizə gündəliyinə, eləcə də bu məqsədlə texnologiya və strategiyaların mübadiləsi niyyətinə sadiqir. İstər bu sahədə, istərsə də iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinin effektiv həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin ayrılması təmin edilməlidir. diplomatik səylərin rolu son dərəcə önəmlidir. Pakistan iqlim diplomatiyasında səylə iştirak etməyə, həssas ölkələrin bu fəlakətdən daha az itkilərlə xilas olması üçün səyləri artırmağa hazırdır. Biz həm də bu sahədə insanyönümlü olacaq bütün əlverişli təşəbbüsləri dəstəkləyəcəyik. Pakistanın başlıca mövqeyi hər kəs üçün dayanıqlı gələcəyin təminatı yolunda səylərin artırılmasının vacibliyindən ibarətdir. Ona görə də biz bu sahədə tərəfdaşlığın dərinləşməsini istəyirik".

Избранный
21
1
apa.az

2Источники