RU

Noyabrın 13-də prezident İlham Əliyev COP29 iqlim konfransında çıxışını Fransa və Hollandiyanın kolonial siyasətinin təhlilinə həsr edib.

Kiçik ada dövlətlərinə həsr olunmuş sessiyada o, iştirakçılara Fransanın kolonial siyasətinin bu ölkələrə vurduğu böyük zərərdən danışıb. Əsrlər boyu Paris onların  təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir.

O buna misal olaraq, Fransanın Əlcəzair əhalisini necə məhv etdiyini və sərvətlərini talan etdiyini göstərib. "Ancaq Yeni Kaledoniyada qanuni etirazların 100-dən çox iştirakçısını  öldürən prezident Makron rejiminin cinayətlərini və mindən çox adamın həbs olunduğunu yada salmasaq, Parisin cinayətləri bununla məhdudlaşmır. Qvadelupa və Martinikada da kütləvi həbslər baş verib".

Öz xarici ərazilərinin əhalisini istismar edən və istismar etməyə davam edən  Hollandiyaya da sıra gəlib.

"Bütün bunlardan sonra Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası tərəfindən ittiham olunmayıb. Bu, siyasi riyakarlığın göstəricisidir. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası siyasi korrupsiyanın rəmzidir", – Əliyev deyib.

Sonra "Fransanın bütün siyasi məhbuslarının" azad edilməsini tələb edib.

"Avropanın aparıcı diplomatı Jozep Borrel Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasından nə gözləmək olar. Yaxşı, əgər biz cəngəllikik, o zaman kənarda durun və bizim daxili işlərimizə qarışmayın!", - İlham Əliyev öz emosional nitqini tamamlayıb.

Azərbaycana gəlincə, Əliyev bu ölkələrə azadlıq və müstəqillik uğrunda mübarizədə daha da dəstək verəcəyini vəd edib.

Qeyd edək ki, həmin "məzlum ölkələrin" və zalda iştirak edən digər dövlətlərin bir çox nümayəndəsi Əliyevi alqışlamayıblar. Bu funksiyanı zalı dolduran çoxsaylı azərbaycanlı könüllülər və rəsmi şəxslər öz üzərinə götürüblər.

To view this video please enable JavaScript, and consider upgrading to a

web browser that

supports HTML5 video

Избранный
24
turan.az

1Источники