RU

Ən təhlükəli həbsxanada yenə iğtişaş: Ölənlər var

Cənubi Amerika ölkəsi olan Ekvadorun Quayaquil şəhərində ən böyük həbsxana olan Litoralda iğtişaş baş verib. 

"Cebheinfo.az" xəbər verir ki, dünən səhər saatlarında məhbuslar arasında baş verən qarşıdurmada 15 nəfər ölüb, 14 nəfər yaralanıb. Təhlükəsizlik qüvvələri bir neçə saat sonra həbsxanaya nəzarəti bərpa edib, bununla yanaşı həbsxanada genişmiqyaslı axtarış aparılıb. 

Qeyd edək ki, ölkənin ən təhlükəli həbsxanalarından biri olan Litoralın direktoru Mara Daniela İcaza sentyabr ayında evə gedərkən avtomobilinə silahlı basqın nəticəsində öldürülüb. 

2023-cü ilin iyulunda həbsxanada baş verən iğtişaşda 31 nəfər həyatını itirib. 

Избранный
21
cebheinfo.az

1Источники