RU

Tramp İlon Maska vəzifə verdi

ABŞ prezident seçilən Donald Tramp İlon Maskı yeni yaratığı qutuma rəhbər təyin edib. Metbuat.az xəbər verir ki, Tramp bu departamentin dövlət bürokratiyasını aradan qaldırmaq və artıq tənzimləmələri azaltmaq məqsədi daşıdığını bildirib. "DOGE" adlandırılan bu departament Maskın populyar mem və kriptovalyuta ilə əlaqəli simvolikaya uyğun seçilib."NBC News"da yer alan məlumata görə, Mask öz bəyanatında departamentin hökumətə "şok dalğaları" göndərəcəyini deyərək, dövlət israfına qarşı mübarizənin əhəmiyyətini vurğulayıb. Maskla birlikdə çalışacaq Vivek Ramasvami isə federal agentliklərdə kütləvi ixtisarların tərəfdarı olduğunu qeyd edib. O, federal işçilərin standart iş saatlarına riayət etməsinin belə bürokratiyada ciddi azalma yarada biləcəyini düşünür.Tramp yeni departamentin işinin 4 iyul 2026-cı il tarixinə qədər tamamlanmasını istəyir və onun hədəflərinin XX əsrin atom layihəsi ilə müqayisə olunacaq dərəcədə böyük dəyişiklik gətirəcəyini qeyd edib.Yeni qurumun hökumətdən kənarda fəaliyyət göstərməsi və Mask ilə Ramasvaminin Senat təsdiqi olmadan işlərini davam etdirməsi planlaşdırılır. "DOGE" departamentinin məqsədi geniş islahatlar həyata keçirmək, federal strukturları yenidən təşkil etmək və dövlət xərclərini azaltmaqdır.

Xatırladaq ki, ABŞ prezident seçkilərində Donald Tramp Maska vəzifə verəcəyini vəd vermişdi.

Избранный
15
metbuat.az

1Источники