RU

Dönərə nə vurulur?

Türkiyədə saxta ət qalmaqalı dönərlərdə istifadə olunan yeni dələduzluq faktlarını üzə çıxarıb. 

Belə ki, Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyi dönərdə ət əvəzinə dil ətindən istifadə edən müəssisələri ifşa edib. 

Həmçinin, vətəndaşlara qiymə əvəzinə at və eşşək əti, dönər yerinə dil əti, zeytun yağı yerinə toxum yağı yedizdirən şirkətlər açıqlanıb. Ölkəmizdə də “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt hazırlanıb. 

Türkiyə təcrübəsini və ölkəmizdə dönərdən zəhərlənmə hallarını nəzərə alsaq bu tələblərə nə qədər əməl edilir? İndiyə qədər Azərbaycanda dönərə nə vurulurdu? 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında qida təhlükəsizliyi üzrə mütəxəssis İsa Əliyev bildirib ki, qida mühəndisləri bu normativ aktları və bu cür tədbirləri maksimum dəstəkləyir: 

“Qida Təhlükəsizliyi Agentliyindən ricamız ondan ibarətdir ki, bu cür aktlar çıxartmaqla yanaşı, eyni zamanda iaşə obyektlərini və sahibkarları maarifləndirsinlər. Bu, neqativ halların aradan qaldırılmasına kömək edər. 

Qidada hiylə və saxtakarlıq indinin mövzusu deyil. Bu, həmçinin, sadəcə Azərbaycanın və qardaş Türkiyənin də mövzusu deyil. Təəssüflər olsun ki, bu, bir çox dünya ölkələrində aktual və mübarizə aparılan bir mövzudur. 

Türkiyədə bununla əlaqədar müxtəlif tədbirlər görülür. Müvafiq dövlət qurumları da bəyanatlar, müraciətlər ünvanlayıb. Lakin bu cür məsələlər heç bir halda sıfırlanmır. Türkiyədə də bir neçə dəfə belə hallar baş verib. Yəni, dönər və müxtəlif qida məhsullarında ölmüş heyvan, at və eşşək ətindən istifadə edən cinayətkar şəbəkələr aşkarlanıb. 

Bir neçə il bunda əvvəl Azərbaycanda da belə bir neçə cinayətkar şəbəkə aşkarlanmışdı. Onlar ölmüş heyvan ətlərini müxtəlif iaşə obyektlərinə, restoranlara satırdılar”. 

O bildirib ki, 2018-ci ildən Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti nəticəsində bu cür neqativ hallarla mübarizə daha sistematik hala gətirilib: 

“Xüsusən dönərlərlə əlaqədar hüquqi normativ aktlar qəbul olundu. Bu hüquqi normativ aktlarda dönər ətinin (istər toyuq, istər mal əti) mənşəyindən, daha sonra onun sanitar və gigiyenik qaydalarda kəsilməsi, onların iaşə obyektlərinə gətirilməsi, orada bişirilən zaman yenə sanitar və gigiyenik qaydalara riayiət edilməsi, daha sonra həmin dəzgahların hansı intervallarla yuyulması kimi məsələləri əhatə edən standartlar yer alıb. 

Bu, beynəlxalq standarların əsasında yazılmış hüquqi normativ aktlardır. Bu aktlar zəhərlənmə hadisələrinin və digər neqativ halların qarşısını almağa kömək edəcək”. 

Избранный
12
cebheinfo.az

1Источники