RU

Məxfi sənədləri sızdıran əsgərin cəzası məlum oldu – 15 il həbs

ABŞ ordusuna aid məxfi sənədləri sızdıran keçmiş əsgər Cek Teyşeyra 15 il müddətinə azadlıqdan məhrum edilib.

News24.az xəbər verir ki, Teyşeyra məxfi məlumatları “Discord” proqramı vasitəsilə paylaşdığına görə “üzgün” olduğunu bildirib.

2023-cü ilin aprelində saxlanılan Teyşeyra bu ilin martında ona qarşı irəli sürülən ittihamları etiraf edib. 

Massaçusets dairəsinin hakimi İndira Talvani 22 yaşlı Teyşeyranın hərbçilərlə bağlı məxfi məlumatları sızdırdığı üçün 15 il həbs cəzasına məhkum edildiyini açıqlayıb. Mart ayında Teyşeyra prokurorlarla razılaşıb və ABŞ-ın gizli sənədlərini qaçaqmalçılıq yolu ilə apardığını və “Discord” tətbiqi vasitəsilə dərc etdiyini etiraf edib.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin gerbi olan məxfi sənədlərdə Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın müdafiəsində potensial zəifliklər və Böyük Britaniya xüsusi təyinatlılarının Ukraynadakı fəaliyyəti barədə məlumatlar olub. Burada həmçinin Rusiya, İsrail, Kanada, Cənubi Koreya, Çin və İranın nüvə fəaliyyətləri ilə bağlı tənqidi məlumatlar yer alıb.

Teyşeyra tərəfindən paylaşılan sənədlər 2010-cu ildə “WikiLeaks” qalmaqalından sonra ən böyük sızma və keçmiş NSA əməkdaşı Edvard Snoudenin 2013-cü ildə paylaşdığı məlumat olub.

Aynurə

Избранный
28
news24.az

1Источники