RU

Hər gün bir avokado yesək, nə olar?

Avokadoda olan oleik turşu və linoleik turşu xolesterolu tənzimləməyə kömək edir. Avokadonun yağ tərkibinin 60%-ı doymamış yağlardan ibarətdir. Bu qan təzyiqinin aşağı düşməsinə kömək edir. Avokadoda olan yüksək E vitamini tərkibi görmə problemlərinin qarşısını alır və makula degenerasiyası riskini azaldır. Eyni zamanda, avokado psixi sağlamlığa faydaları ilə də diqqət çəkir. Depressiyanı azaldan təsirə malik avokado kaliumla zəngindir. Kalium çatışmazlığı orqanizmdə yorğunluğa səbəb ola bilər, ona görə də avokado istehlak etmək vacibdir.

HƏR GÜN BİR AVOKADO YEYSƏK NƏ OLAR?

News24.az xəbər verir ki, Journal of the American Heart Association-da dərc olunan son araşdırma, altı ay ərzində hər gün bir avokado istehlakının çəki idarə etməyə kömək etdiyini ortaya qoyub.

2019-cu ildə Nutrients jurnalında dərc edilən bir araşdırmada isə gündəlik avokado istehlakının qadınlarda visseral yağ nisbətini belə azaltdığı aşkar edilib.

Eyni zamanda, avokadonun tıxanmış damarları aça biləcəyini izah edən ABŞ alimləri, müntəzəm avokado istehlakının pis xolesterini azaldığını da müəyyən ediblər.

Amerika Ürək Dərnəyində nəşr olunan bir araşdırmada da avokadonun ürək-damar xəstəlikləri və koroner ürək xəstəliyi riskini 16 faizdən 22 faizə qədər azaltdığı aşkar edilib.

Günel Məlikzadə

Избранный
36
news24.az

1Источники