RU

Azərbaycan COP29-u çox yüksək səviyyədə təşkil edib - Laziz Kudratov

Bakı. Trend:

Azərbaycan COP29-u çox yüksək səviyyədə təşkil edib.

Trend xəbər verir ki, bubarədə Özbəkistan Respublikasının investisiya, sənaye və ticarətnaziri Laziz Kudratov Bakıda COP29 çərçivəsində jurnalistlərəaçıqlamasında bildirib.

"Özbəkistanda Azərbaycanın bu uğurlarına ürəkdən sevinirik", - odeyib.

Onun sözlərinə görə, bu gün COP29 çərçivəsində AzərbaycanPrezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevarasında görüş keçirilib.

"Görüşdə ikitərəfli əməkdaşlıq müzakirə olunub, yeni planlarmüəyyənləşdirilib. İki dövlət arasında birgə layihələr həyatakeçirilir. Prezidentlərimiz ikitərəfli tərəfdaşlığı yenitəşəbbüslərlə və layihələrlə zənginləşdirmək üçün konkrettapşırıqlar qoyublar. Bizim birgə Özbəkistan-Azərbaycan investisiyaşirkətimiz fəaliyyət göstərir. Artıq birgə layihələr üçün yarımmilyard dollar dəyərində maliyyə təminatı hazırlanıb. Azərbaycanınböyük inşaat şirkətləri Özbəkistan bazarına daxil olur, bizimtekstil şirkətlərimiz Azərbaycan bazarında fəaliyyət göstərir.Növbəti il Azərbaycanda avtomobil istehsalı layihəsini tam olaraqişə salacağıq. Bir sözlə, perspektivlər çox yaxşıdır", - Nazirəlavə edib.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
28
4
az.trend.az

5Источники