Milli Məclisin deputat Fazil Mustafa isə Pravda.az-a açıqlamasında deyib ki, bu, insanların mahiyyətcə nə istədiklərini özlərinin də müəyyənləşdirə bilməmələrindən qaynaqlanır.
“Təbii ki, sosial vəziyyəti ağır, narazı, problemləri olan insanlar bütün sahələrdə belə çağırışlar edirlər. Hətta Ermənistanla müharibə apardığımız dövrdə silah alınanda da kimlərsə deyirdi ki, silaha xərclədiyiniz pulu sosial müadifəyə verərdiniz, yaxud hərəyə 100 manat pul paylayardınız. Məsələyə ümumilikdə dövlət, millət, vətənin təhlükəsizliyi kontekstindən baxılmır. İndi də Ronaldinyonun COP29-a gəlişinə baxış belədir. Dövlətin ümumi maraqları baxımından yanaşılmır. Onlar üçün dövlət ancaq pul paylamaq, ya da vətəndaşın problemlərini həll etmək üçün bir vasitədir. Bizim kimi kiçik dövlətlər həm də beynəlxalq səviyyədə təhlükəsizliyini təmin etmədən öz vətəndaşına yönəlik bütün öhdəlikləri yerinə yetirmək imkanına sahib olmur. Bir çox hallarda dünyada dövlətlər terrorizmlə mübarizəyə də pul xərcləməlidir, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında humanitar fəaliyyətdə iştirak edən dövlət kimi hansısa ölkələrə donor olaraq dəstək də verməlidir. Zəlzələ olubsa, humanitar aksiya varsa, bu aksiyada da iştirak etməlidir. Onda hansısa təbii fəlakət nəticəsində qardaş, yaxın ölkələrə yardım əli uzadırıqsa, ərzaq yardımı göstəririksə, həmin insanlar deməlidirlər ki, o yardımı da bizə paylayın? Yəni bu, məntiqlə anlaşılan deyil. İndi dünya şöhrətli bir futbolçunun ölkəyə gəlişi ilə onu təqib edən insanların ölkə haqqında təsəvvürləri formalaşır, ölkəyə gəlmək istəkləri yaranır. Bu, turizm potensialının inkişafı baxımından olduqca vacibdir. Dünyada turizmə milyonlarla pul xərclənir. Hansısa beynəlxlaq kanalda, təbii ki, pul verib reklam yerləşdirirsən. Onda deyilməlidir ki, reklama pul verincə o pulu bizə xərcləyin, sosial təminatımızı həyata keçirin? Dövlət bunu da etməlidir. Sosial müdafiə ilə bağlı xərclər ilbəil artırılır. Müəyyən çatışmazlıqlar da var, yetərli deyil. Bununla belə, dövlətin öz imicini düşünərək addımlar atmasını sağlam düşüncəli vətəndaş heç vaxt qınaqla qarşılamaz. Bu, olduqca önəmlidir. Biz həm Rusiya ilə normal münasibət saxlayırıq, həm də Ukraynaya humanitar yardım edirik. Kimsə deyə bilər ki, Rusiya ilə münasibəti kəsin, ancaq Ukraynaya yardım edin. Dövlətin taleyini bu rəylə çözmək olmaz. Dövlət öz işinə baxmalıdır. İmici, təbliğatı üçün faydalı olan nə varsa, onu hər zaman gündəmdə saxlamalıdır. Belə məsələlərdə elə addımlar atmalıyıq ki, xüsusi olaraq qaralama kampaniyasını həyata keçirənlərin niyyəti baş tutmasın. Bilirəm ki, çox adam sevinir ki, sosial şəbəkədə COP29-u boykot etdi. Bəlkə, elə bilirlər ki, COP29-u boykot etmək kimlərinsə azadlığa çıxmasının bir əsası olacaq? Boykot edənin öz marağı var. Məsələn, Norveç neft ölkəsi kimi rəqabət halındadır. Azərbaycanın boykot olunması onun üçün faydalıdır. Fransanın da erməni marağı var, buna görə də boykot etməlidir ki, ermənilərin arzuladıqları auranı yarada bilsin. Ermənistan COP29-a gəlmədi. Bunun səbəbi sonradan aydın olar. Ermənistan istəmir ki, Azərbaycan iqlim dəyişikləri ilə bağlı dünya səviyyəli tədbirə ev sahibliyi etsin. Axı bu həm də Azərbaycanın nüfuzudur. BMT-nin baş katibi gəlib Azərbaycanda çıxış edir. Dünyanın əksər ölkələrinin dövlət başçıları, hökumət nümayəndələri Bakıda mövqe sərgiləyirlər. Bunun Ermənistana nə faydası ola bilər? Əksinə, Ermənistan üçün bu, dövlət olaraq Azərbaycanda avantajı itirmək deməkdir”, - o bildirib.
5Источники
-
oxu24.com"Ronaldinyonun gəlişi 10 min turistin Azərbaycana gəlişi deməkdir" ( 13016512)
-
turkustan.az"Ronaldinyonun gəlişi 10 min turistin Azərbaycana gəlişi deməkdir" ( 12997039)
-
news24.az"Ronaldinyonun gəlişi 10 min turistin Azərbaycana gəlişi deməkdir" ( 12987568)
-
demokrat.az"Ronaldinyonun gəlişi 10 min turistin Azərbaycana gəlişi deməkdir" ( 12985849)
-
pravda.azDeputat: "Ronaldinyonun gəlişi 10 min turistin Azərbaycana gəlişi deməkdir, bu da ölkənin tanıdılmasına xidmət edir" ( 12983818)