İki gündən sonra Azərbaycanda əsas iş alətinə çevriləcək “yaşıl inkişaf” portalı istifadəyə veriləcək.
APA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 Dünya Liderlərinin İqlim Sammitində "Əməkdaşlığın Gücü: Net-sıfır üçün səylərin birləşdirilməsi" mövzusunda panel müzakirəsi zamanı deyib.
“Portal yaşıl istehsalın və ticarətin inkişafı üçün nəyin maneə olduğunu və ya əksinə, nəyin nəticəsi olduğunu aydın şəkildə göstərən rahat mexanizm təqdim edəcək”- nazir əlavə edib.