İrəvan və Bakı sülh sazişi layihəsini konstruktiv atmosferdə müzakirə edir və onun tam razılığına çox yaxındır.
News24.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında deyib.
“Daha bir və ya iki formula var, onların üzərində iş daha intensiv, daha konstruktiv bir atmosferdə davam edir, mən ehtiyatlı nikbinliyi ifadə etmək istərdim ki, biz həqiqətən də mətn üzrə yekun razılığa çox yaxınıq", - o deyib.
Aynurə