RU

Bakıda “Yaşılı seç, insanlıq üçün çalış” mövzusunda tədbir keçirilib

Bakının ev sahibliyi etdiyi COP29 sammitində “Yaşılı seç, insanlıq üçün çalış” mövzusunda tədbir keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Dünya Liderlərinin İqlim Aksiyası Sammiti çərçivəsində keçirilən tədbir COP29-dan Serbiyanın paytaxtı Belqradda təşkil ediləcək EXPO-2027 tədbirinədək olan dövrdə nəzərdə tutulan fəaliyyət planının təqdimatına həsr olunub.

Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavlyeviç, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, Serbiyanın ətraf mühitin mühafizəsi nazirinin müavini Sandra Dokiç, EXPO-2027-nin baş memarı Danilo Danqubiç və digərləri çıxış edərək, iqlim dəyişikliyinə qarşı aparılan mübarizədən və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün dünya miqyasında əməkdaşlığın gücləndirilməsindən danışıblar. İştirakçılar ətraf mühitin qorunması, karbon emissiyalarının azaldılması və təbii sərvətlərin səmərəli istifadəsi mövzusunda yeni təkliflər irəli sürüblər.

Tədbirdə iştirak edən beynəlxalq ekspertlər və liderlər EXPO-2027 sərgisi çərçivəsində fəaliyyət planlarının daha da genişləndirilməsi və konkret layihələrin həyata keçirilməsi üzrə müzakirələr aparıblar. Eyni zamanda, yerli ekoloji təşəbbüsləri dəstəkləmək məqsədilə yeni layihələrin təqdimatı olub.

Ümumilikdə, tədbir iştirakçılarının irəli sürdükləri təkliflər gələcəkdə dünya səviyyəsində ətraf mühitin qorunması və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində mühüm addımların atılmasına şərait yaradacaq.

Избранный
24
operativmm.az

1Источники