RU

Azərbaycan dünyaya master-klass keçdi

Prezident İlham Əliyev Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi bəlli olduqdan sonra ölkəmizin bir qarayaxma kampaniyasının hədəfinə çevrildiyini bildirib. 

Həmçinin, dövlətimizin başçısı təbii sərvətlərin Tanrının bəxş etdiyi hədiyyə olduğunu vurğulayaraq, “Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir”,-deyib.

"Cebheinfo.az"-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycan günəşli günlərin sayına görə Avropa ölkələrini ciddi şəkildə üstələyib. Eldəniz Əmirov qeyd edib ki, Azərbaycanda ilin yeddidə beş hissəsinin günəşli keçməsi ölkənin alternativ enerji resursları ilə zəngin olmasının tam sadə bir isbatıdır: 

“Cənab Prezident tədbirdə çox peşəkar və möhtəşəm çıxış edərək Azərbaycana qarşı qarayaxma kampaniyası aparan qüvvələrə tutarlı cavab verib. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan günəşli günlərin sayına görə Avropa ölkələrini ciddi şəkildə üstələyib. İlin yeddidə beş ( 7/5 ) hissəsi Azərbaycanda günəşli gün  olur. Bu da ölkənin alternativ enerji resurslar ilə zəngin olmasının tam sadə bir isbatıdır.

Azərbaycanın real şəkildə bərpa olunan enerji mənbələrinin texniki potensialı 157 QVt dənizdə, 100 QVt-dan artıq isə digər istiqamətlər üzrədir. Təkcə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin günəş və külək enerjisi potensialı təxminən 10 000 MVt-a yaxındır”. 

Ekspert qeyd edib ki, Azərbaycan həm işsizlik, həm yoxsuluq səviyyəsinin aşağı salınmasında, eyni zamanda alternativ enerji rerurslarına investisiyaların yatırılmasında əldə etdiyi uğurlarla dünyanın bir çox ölkələrinə nümunə ola bilər:

“Eyni zamanda, 2011-ci ildən başlayaraq Azərbaycan bir çox beynəlxalq, nüfuzlu tədbirlərə ev sahibliyi edib.  COP29 da bu tədbirlərdəndir. Bu günlər ərzində Azərbaycanın sərgilədiyi tədbir təşkilatçılığı  dünya ölkələri üçün master-klass hesab edilə bilər”. 

Избранный
17
cebheinfo.az

1Источники