RU

Azərbaycan və Çin arasında “yaşıl” enerji imkanlarının inkişaf etdirilməsi məqsədilə potensial layihələr müzakirə olundu (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevnoyabrın 13-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin SiyasiBürosunun Daimi Komitəsinin üzvü, Çin Xalq Respublikası DövlətŞurasının Baş nazirinin müavini cənab Din Süesyan ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-əverilən məlumata görə, görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıqəlaqələrinin siyasi, ticarət-iqtisadi, qarşılıqlı investisiyalar,nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar vəbütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi vəcari ilin iyul ayında ölkə rəhbərləri tərəfindən qəbul edilmişstrateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə xüsusiləqeyd olundu

COP29 çərçivəsində baş tutacaq Dünya Liderlərinin İqlimFəaliyyəti üzrə Sammitində Çin Xalq Respublikasının xüsusinümayəndəsi qismində iştirak məqsədilə ölkəmizdə səfərdə olan cənabDin Süesyan ilə qlobal yaşıl gündəliyin təşviqi istiqamətindəbeynəlxalq səylərin əhəmiyyəti vurğulanaraq Azərbaycanın “yaşıl”enerji imkanlarının inkişaf etdirilməsi məqsədilə potensiallayihələr müzakirə olundu.

Görüşdə həmçinin geniş gündəliyə malik əməkdaşlığımızın bir çoxsahələrdə dərinləşməsi və yeni məzmunla zənginləşdirilməsiməqsədilə səylərin gücləndirilməsi ətrafında fikr mübadiləsiaparıldı.

Azərbaycan
Azərbaycan
Məqalədə:
Избранный
34
7
az.trend.az

10Источники