RU

Papikyan Ermənistan ordusuna verilən tapşırıqdan DANIŞDI

“Ermənistan qarşısına Azərbaycanın yerləşdiyi 200 kv. km-lik ərazinin problemini həll etmək vəzifəsi qoymayıb”.
 
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli parlamentdə 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Ermənistan müdafiə naziri Suren Papikyan danışıb.
 
Onun sözlərinə görə, Azərbaycanla sərhədin delimitasiyası prosesi bu məsələni sülh yolu ilə həll etməyə imkan verir.
 
“Orduda aparılan islahatlar, xərclər və investisiyalar bir mühüm məqsədə yönəlib: 29 min 743 kv. km-lik ərazini qoruya bilən peşəkar, döyüşə hazır və müasir orduya sahib olmaq”, - deyə Papikyan bildirib.
Избранный
5
2
moderator.az

3Источники