RU

Azərbaycan Prezidenti İlham Əliyev Qabonun vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Qabon Respublikasının vitse-prezidenti Cozef Ovondault Berre ilə görüşüb.
APA xəbər verir ki, Qabonun vitse-prezidenti COP29-a dəvətə görə dövlətimizin başçısına təşəkkür etdi, bu tədbirin ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün nümayəndə heyətlərinin səfərləri məsələsinə toxunuldu.

COP29 

 

Избранный
30
11
poliqon.info

10Источники