RU

Yaşıl Taksonomiyanın əhatə etdiyi sektorlar açıqlanıb

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 7 noyabr tarixli qərarı ilə Yaşıl Taksonomiya təsdiq edilib. Taksonomiyada müəyyən edilmiş sektorlar və fəaliyyətlər onların ölkənin ekoloji məqsədlərinə əhəmiyyətli töhfə potensialına malik olub-olmamasına, eləcə də daha geniş ekoloji və sosial dayanıqlılıq məqsədlərinə uyğunluğu meyarları əsasında müəyyən edilir.

APA-Economics” xəbər verir ki, Yaşıl Taksonomiyada əhatə olunan sektorlar aşağıdakılardır:

Bərpaolunan enerji, enerji səmərəliliyi, su resurslarının dayanıqlı idarə edilməsi, çirklənmənin qarşısının alınması və çirklənməyə nəzarət, yaşıl nəqliyyat, dayanıqlı kənd təsərrüfatı, heyvandarlıq və akvakultura, biomüxtəlifliyin mühafizəsi, dairəvi iqtisadiyyat və tullantıların idarə olunması, yaşıl binalar və dayanıqlı tikinti, yaşıl xidmətlər.

Qeyd edək ki, Yaşıl Taksonomiya ölkədə dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına, daxili və xarici resursların yaşıl və dayanıqlı layihələrə yönəldilməsinə, iqlim dəyişikliyindən yaranan risklərin tənzimlənməsinə, aşağı karbon iqtisadiyyatına keçid ilə bağlı yaranan fürsətlərdən istifadə edilməsinə, həmçinin mal və xidmətlərin ixracı sahəsində ixtisaslaşan müəssisələrin fəaliyyətinin dəstəklənməsinə xidmət edəcəkdir.

Xatırladaq ki, hər bir sektor üzrə bu fəaliyyətlərin milli hədəflərə, standartlara və ya müəyyən edilmiş hədlərə nail olunmasına necə töhfə verdiyini təsvir edən ölçülər və ya spesifikasiyaların daha da gücləndirilməsi (genişləndirilməsi) nəzərdə tutulur. Milli standartların, siyasətlərin və ya qaydaların mövcud olmadığı hallarda, Taksonomiya müvafiq qlobal təcrübələrə və ölkə nümunələrinə istinad edir.

Избранный
25
14
apa.az

10Источники