RU

Şimali Kaliforniyada Zəfər gününə həsr edilmiş intellektual yarış keçirilib (FOTO)

Bakı. Trend:

Şimali Kaliforniyada Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC)təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş 3-cü “Breyn Rinqkuboku” intellektual yarışı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə,cəmiyyətin üzvləri və könüllüləri tərəfindən təşkil olunan yarışhəm iştirakçılar, həm də qonaqlar tərəfindən maraqlaqarşılanıb.

Cəmiyyətin Tədbirlərin təşkili və proqramlar üzrə meneceriNurlan Şükürlü çıxış edərək bu cür tədbirlərin icma üzvləriarasında sosiallaşmağa və asudə vaxtın səmərəli təşkilinə müsbəttəsir göstərdiyini söyləyib.

Azərbaycan dilində keçirilən yarışda dünya görüşü, Azərbaycanınfilm və mədəniyyəti ilə yanaşı, tarixi Zəfərimizlə əlaqədar suallarverilib.

Bədii hissədə cəmiyyət üzvləri Cavid Hüseynlinin skripkadaçıxışını və Kəmalə Əliyevanın Azərbaycan xalq mahnılarını ifasınıiştirakçılar maraqla qarşılayıblar.

Yarışda 6 komanda iştirak edib və sonda qalib komanda “DəmirYolları Mühəndisləri” olub. “Synergy” komandası ikinci yeri,“SVAze” komandası isə üçüncü yeri tutub. Qaliblər sertifikat vəmedallarla təltif olunublar.

Sualları doğru cavalandıran tamaşaçılara isə Zəfər rəmzi olan“Xarıbülbül” döş nişanları və suvenirlər təqdim edilib.

Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Şimali
Избранный
30
1
az.trend.az

2Источники