Oxu.Az-ın NEWS.ru-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.
Onun sözlərinə görə, tədbirin Cənubi Qafqazda keçirilməsi xüsusilə əhəmiyyətlidir.
"Biz konfransın sədri kimi Azərbaycanın səylərini yüksək qiymətləndiririk. Tarixdə ilk dəfə olaraq BMT-nin ən böyük iqlim tədbirinin MDB məkanında və birbaşa Cənubi Qafqazda keçirilməsi xüsusi əhəmiyyət daşıyır" ,- deyə Zaxarova bildirib.
Diplomat əlavə edib ki, bu regionda iqlim proseslərinin özünəməxsus xüsusiyyətləri var.
Bundan əlavə, Zaxarova vurğulayıb ki, Moskva ənənəvi olaraq MDB ölkələrində mühüm beynəlxalq tədbirlərin keçirilməsini dəstəkləyir və Azərbaycanın belə tədbirləri təşkil etmək qabiliyyətini yüksək qiymətləndirir.
5Источники
-
teleqraf.comRusiya XİN: "Bakının təklifləri ağlabatandır" ( 12995377)
-
poliqon.infoRusiya XİN COP29 konfransının Bakıda keçirilməsini alqışlayıb ( 12993706)
-
sitat.infoRusiya XİN COP29 konfransının Bakıda keçirilməsini alqışlayıb ( 12993625)
-
oxu.azRusiya XİN COP29 konfransının Bakıda keçirilməsini alqışlayıb ( 12993628)
-
demokrat.azRusiya XİN COP29 konfransının Bakıda keçirilməsini alqışlayıb ( 12993370)