RU

Azərbaycanda tanınmış hakim vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat edib.

Ölkə.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, bu gün axşam saatlarında 58 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, S.Hacıyev Kazan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İlk işinə Rusiyanın Samara şəhərində başlayıb. 7 ildən sonra Bakı Şəhər Prokurorluğunda böyük müstəntiq vəzifəsinə gəlib. Prokurorluq orqanlarındakı 11 illik fəaliyyətindən sonra Vergilər Nazirliyinin istintaq şöbəsində 7 il işləyib. Daha sonra Sumqayıtın və Bakı Hərbi Məhkəməsinin hakimi olub.

Избранный
43
3
olke.az

2Источники