İspaniya bir həftə arayla ikinci dəfə sel fəlakətini yaşayır. Ölkənin şərq və cənub bölgələrində şiddətli yağışlar selə səbəb olub. Malagada küçə və prospektlər gölə dönüb, 3 min nəfər təxliyə edilib. Bəzi yerlərdə təhsil və tədrisə ara verilib. Rəsmi şəxslər əhaliyə ehtiyatlı olmalarını və evlərini tərk etməmələrini xatırladıb. Malagada 12 saat ərzində kvadratmetrə 180 litr yağışın düşə biləcəyi bildirilib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Valensiya şəhərində 29 oktyabrda baş verən sel fəlakətinin ardından, ölkənin şərq və cənub bölgələrində qırmızı xəbərdarlıq verilmişdi.
Sözügedən bölgələrdə təsirli olan şiddətli yağışlar bir daha selə səbəb olub.
Malaga Hava limanının da olduğu çox sayda nöqtə su altında qalıb. Nəqliyyat vasitələri sel altında qalıb. Fəlakətdə hələlik insan tələfatı ilə bağlı məlumat verilmir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта