RU

Borrell Qərbi Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb

Dekabrın 1-də vəzifəsini tərk edən Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell faktiki olaraq qurumu Rusiyanın dondurulmuş aktivlərinin ekspropriasiyası ilə bağlı qərar qəbul etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə o, Avropa Parlamentində Aİ-ABŞ münasibətlərinə dair dinləmələrdə çıxışı zamanı deyib.

Borrell Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-ın Ukraynaya yardımının kəsilməsi təhlükəsini qeyd edib. Onun sözlərinə görə, bu, məsələn, dondurulmuş Rusiya aktivlərinin nə olacağı ilə bağlı bir çox suallar doğurur.

“Onlardan əldə olunan gəlirləri Ukraynanın müdafiə sənayesini maliyyələşdirmək üçün istifadə etsək, bu, kifayət etməyəcək. Biz aktivlərin özləri ilə nə etdiyimizin həllini tapmalıyıq, nəinki onlardan əldə edilən gəlirdən. Avropa İttifaqı Vaşinqtonun Kiyevə hərbi yardımını kompensasiya etmək üçün çox böyük maliyyə və sənaye səyləri göstərməli olacaq ki, bu da hazırda icmanın yardımının həcmini 25% üstələyir”.

O əlavə edib ki, Avropa İttifaqı Rusiya ilə ABŞ arasında qurumu və ya Ukraynanı kənarda qoyacaq sazişlərin bağlanmasına icazə verə bilməz: “Ukrayna bunu rədd edəcək, Avropa İttifaqı isə bunu rədd etməlidir”.

Избранный
22
6
far.az

9Источники