RU

Rusiya, İran və Türkiyəni Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyirlər - Zaxarova

ABŞ və Avropa İttifaqı Cənubi Qafqaz regionuna nəzarəti ələ keçirmək, Rusiya, İran və Türkiyəni oradan sıxışdırıb çıxarmaq və daha bir gərginlik mənbəyi yaratmaq istəyir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

O qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin atəşkəs haqqında 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatı çox böyük əhəmiyyət daşıyır. Bu Bəyanat əsasında tərəflər geniş spektrli məsələlər üzrə real nəticələr əldə edə biliblər.

“Məsələn, 2023-cü ildə üçtərəfli işçi qrupu çərçivəsində biz regionda nəqliyyat marşrutlarını bərpa etməyə yaxın idik. Lakin Qərbin təzyiqi ilə İrəvan qrupda, sonra isə bütün üçtərəfli formatlarda iştirakını dondurdu”, - deyə diplomat əlavə edib.

Избранный
21
4
publika.az

10Источники