RU

BMT TŞ bu ölkəyə qarşı sanksiyaları bir il müddətinə uzatdı

BMT Təhlükəsizlik Şurası Yəmənə qarşı sanksiyalar rejiminin bir il müddətinə uzadılmasını nəzərdə tutan qətnamə layihəsini təsdiqləyib. SİA xəbər verir ki, Böyük Britaniyanın hazırladığı sənəd yekdilliklə qəbul edilib.

Qeyd edək ki, qətnamə 34 bənddən ibarətdir. Sənədə əsasən, onun qəbul edildiyi tarixdən ilkin olaraq bir illik dövr ərzində bütün üzv dövlətlər onların ərazisində yerləşən və sanksiya komitəsi tərəfindən müəyyən edilmiş fiziki və ya hüquqi şəxslərin birbaşa və ya dolayısı ilə mülkiyyətində və ya nəzarətində olan bütün vəsaitləri, digər maliyyə aktivlərini və iqtisadi resursları dərhal dondurmalıdırlar.

Избранный
21
8
sia.az

9Источники