RU

Lavrov: “Bizi danışıqlara çağırıb hər şeyi alt-üst etməyə çalışırlar”

Münaqişənin həlli üçün Rusiya ilə danışıqlar məsələsini Vladimir Zelenski həll etməyəcək.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Zelenski ilə sülh razılaşmasıyla bağlı sualı cavablandıran diplomat Rusiya prezidenti Vladimir Putinin sözlərini xatırladıb:

“Rusiya prezidenti  dəfələrlə deyib ki, biz heç vaxt danışıqlardan imtina etməmişik. Aydındır ki, buna Zelenski qərar verməyəcək. Bizi danışıqlara çağırıb hər şeyi alt-üst etməyə çalışırlar. Deyirlər ki, danışıqlar Ukraynanın istəyi ilə aparılmalıdır. Rusiya isə bundan imtina edir. Putin dəfələrlə bildirib ki, Zelenski iki il əvvəl Moskva ilə danışıqları qadağan edən fərmanı ləğv etməlidir”, – deyə Lavrov bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
29
3
konkret.az

10Источники