Son bir ayda Qəzzada azı 20 yardım işçisi öldürülüb
Son bir ayda Qəzza zolağında ən azı 20 yardım işçisi İsrail qüvvələri tərəfindən öldürülüb. Yeniavaz.comxəbər verir ki, bu barədə “Əl-Cəzirə” “Save the Children” və “Oxfam” da daxil olmaqla səkkiz təşkilatın hazırladığı hesabata istinadən məlumat yayıb . Sənədə əsasən, bu il oktyabrın 10-dan noyabrın 13-dək Qəzza zolağında fəaliyyət göstərən xeyriyyə və humanitar təşkilatların azı 20 əməkdaşı İsrail Müdafiə Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar və hava hücumları zamanı həlak olub.