RU

Türk Dövlətləri Təşkilatı üzrə “Nazirlər Bəyannaməsi” imzalanıb

Image

COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşü “Nazirlər Bəyannaməsi”nin imzalanması ilə yekunlaşıb. Bu təşkilat nazirlər səviyyəsində ətraf mühit və dayanıqlı inkişaf sahəsində birgə mövqe, ortaq fəaliyyət planına imza atıb.

2024-cü ilin iyulunda Şuşada TDT-nin Dövlət başçılarının Zirvə görüşündə imzalanmış "Qarabağ Bəyannaməsi”nin davamı olaraq TDT-yə üzv dövlətlər nazirlər səviyyəsində birgə ekoloji problemlərin həlli və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində əməkdaşlığı gücləndirmək niyyətlərini təsdiqləyiblər.

Görüşdə ətraf mühit sahəsində ortaq çağırışların həllinə nail olmaq üçün fikir mübadiləsi aparılıb, dayanaqlı inkişafı təşviq edən önəmli addımların vacibliyi, regional və beynəlxalq ekoloji problemlərin həllində birgə yanaşmanın əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, TDT-yə üzv dövlətlər birgə mövqe və ortaq fəaliyyət planı yaratmaq istiqamətində perspektivləri müəyyənləşdiriblər. Tərəflər dayanıqlı və davamlı gələcək naminə aktiv əməkdaşlığın davam etdirilməsi niyyətlərini ifadə ediblər.

Mətləb






Избранный
6
46
baki-xeber.com

10Источники