RU

COP29-da inkişaf etmiş ölkələrə iqlim maliyyəsini artırmaqla bağlıAKSİYA KEÇİRİLİB

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) dördüncü günündə konfrans iştirakçıları "Pay up" ("Ödəmə vaxtıdır") şüarı altında aksiya keçiriblər. Bu, iqlim dəyişikliyinin nəticələri ilə mübarizə və həssas ölkələrə dəstək üçün inkişaf etmiş ölkələrə iqlim maliyyəsini artırmaqla bağlı çağırışdır.

 

Fəallar resursların ədalətli yenidən bölüşdürülməsinin və istixana qazı emissiyaları yüksək olan ölkələrin öhdəliklərinin yerinə yetirilməsinin vacibliyinə diqqət çəkiblər.

 

“Report” iştirakçıların iqlim ədaləti və həmrəyliyin əhəmiyyəti haqqında şüarlar yazılmış pankartlar tutduğu aksiyadan görüntülər yayıb.

 

Həmin görüntüləri təqdim edirik:

Избранный
5
50
senzor.az

10Источники