RU

İran Livanda atəşkəs məsələsində Rusiya ilə həmrəydir

İran Rusiyanın Livan və İsrail arasında atəşkəs üçün səylərini dəstəklədiyini bildirib...

İran Rusiyanın və digər ölkələrin İsraili və onun Livandakı əməliyyatını dayandırmaq səylərini dəstəkləyir.

Poliqon xəbər verir ki, bunu “RİA Novosti” Agentliyinə İran xarici işlər nazirinin baş müşaviri Əli Əsgər Hacı deyib.

“Biz atəşkəsin yaradılmasına kömək edəcək istənilən qərarı və addımı alqışlayırıq. İstər Rusiya olsun, istər qarşı tərəf. Biz bu cür səyləri dəstəkləyirik”, deyə Hacı vurğulayıb.

Diplomat bildirib ki, Livan məsələsi ilə bağlı Rusiya tərəfi ilə bütün mövzular üzrə məsləhətləşmələr davam edir və bu mövzuda heç bir məsələ istisna deyil.

Hacının fikrincə, İsrail həqiqətən də Livanda sülh istəmir, bunu İsrail rəsmilərinin açıqladığı bəyanatlar da göstərir.

Noyabrın 11-də İsrailin xarici işlər naziri Gideon Saar Livanda atəşkəslə bağlı danışıqlarda irəliləyiş olduğunu, lakin razılaşmanın şərtlərinə əməl olunması məsələsinin hələ də həll olunmadığını bildirib. Nazir qeyd edib ki, Livan “Hizbullah” hərəkatının raket potensialı ciddi şəkildə zədələnib və itirilib.

Poliqon.info

Избранный
9
1
poliqon.info

2Источники