RU

Lavrov: Rusiya Ukrayna münaqişəsi ilə bağlı danışıqlardan imtina etməyib

Rusiya tərəfi heç vaxt Ukrayna münaqişəsinin həlli üçün danışıqlardan imtina etməyib.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Prezident (Rusiya prezidenti Vladimir Putin) dəfələrlə deyib ki, biz heç vaxt danışıqlardan imtina etməmişik”, – Lavrov vurğulayıb.

XİN rəhbəri əlavə edib ki, Volodimir Zelenskinin nizamlanma ilə bağlı qərar verməyəcəyi Rusiyaya aydındır. Eyni zamanda, dinc dialoqa başlamaq üçün Ukrayna rəhbərliyi Rusiya ilə danışıqları qadağan edən fərmanı ləğv etməlidir.

 

Избранный
19
50
medianews.az

10Источники