Rusiyanın Kemerovo vilayətində 2024-cü ilin yanvar-mart aylarında ata yeddi yaşlı qızını müxtəlif əşyalarla sistemli şəkildə döyüb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, mart ayında uşaq xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib və həkimlər qançırlar görüb polisə məlumat veriblər.
Qız ailəsindən alınaraq sosial müəssisəyə göndərilib. Ata azyaşlıya bilərəkdən işgəncə vermə maddəsi ilə mühakimə olunacaq. Həmin şəxsin istintaqla əməkdaşlıq etdiyi və peşman olduğu məlum olub.