RU

İqlim hədəflərinə çatmaq üçün maliyyə həcminin artırılması tələb olunur - Yalçın Rəfiyev

Bakı. Trend:

Kollektiv iqlim hədəflərimizə çatmaq maliyyələşmənin sürətləartırılmasını tələb edir.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini vəCOP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 çərçivəsindəkeçirilən “Transformativ iqlim fəaliyyəti: diqqətin maliyyəaxınlarından Çoxtərəfli İnkişaf Banklarının təsirinə və katalizatortəsirinə çevrilməsi” mövzusunda dəyirmi masada bildirib.

"Kollektiv iqlim hədəflərimizə çatmaq, inkişaf etməkdə olanölkələr üçün bütün müvafiq mənbələrdən maliyyələşmənin sürətləartırılmasını tələb edir və dövlət maliyyəsi əsas rol oynayır.İqlim maliyyəsi aşağı istixana qazı emissiyalarına nail olmaq dadaxil olmaqla, Paris Sazişinin məqsədlərinə çatmaq üçün ən vacibamildir. Lakin hesabatlara görə, hazırkı maliyyələşmə kifayətdeyil", - o bildirib.

İqlim dəyişikliyini həll etmək üçün yalnız əhəmiyyətli maliyyəmənbələri deyil, həm də davamlılıq, sabitlik və əlçatanlıq təminedən yaxşı düşünülmüş bir maliyyə sistemi tələb olunur.

"COP29 danışıqlarının əsas prioriteti, iqlim dəyişikliyi iləmübarizənin maliyyələşdirilməsi, problemin aktuallığına vəmiqyasına adekvat olması, inkişaf etməkdə olan ölkələrinehtiyaclarını və prioritetlərini nəzərə almaq üçün Yeni KollektivKəmiyyət Hədəfi uyğunlaşdırmaqdır", - o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
20
az.trend.az

1Источники