RU

Fatih Terim Bakıya gəlir

Fatih

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində futbol dünyasından daha bir tanınmış sima ölkəmizə gələcək.

Məlumata görə, söhbət Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terimdən gedir.

Məsələ burasındadır ki, COP29 çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılacaq. Bu təşəbbüslə son Azərbaycan çempionu “Qarabağ” çıxış edib. Təcrübəli mütəxəssis tədbirdə iştirak etmək üçün Bakıya təşrif buyuracaq(Qafqazinfo).

Qeyd edək ki, alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.
Избранный
9
22
reyting.az

10Источники