RU

Xəzərin sahillərində 1000-dən çox suiti ölüsü tapılıb

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Manqistov vilayətində Xəzər dənizinin sahillərində mindən çox suiti ölü tapılıb. Mütəxəssislər ölümün səbəbini müəyyən edə bilmirlər.

Hafta.az-ın yazdığına görə, bu barədə KTK məlumat yayıb.

Bildirilib ki, ilk hallar üç həftə əvvəl aşkarlanıb. O zamanlar Tüpkaraqan rayonunda tapılan heyvanlar indi Qaraqyan rayonunda qeydə alınır. Aktauda da xüsusi hallar müşahidə olunub. İndiyədək ümumilikdə 1034 suiti məhv ölüb.

Heyvanların ölüm səbəbi hələ müəyyən edilməyib. Balıqçılıq rəsmilərinin sözlərinə görə, bəzi heyvanlar brakonyer torlarına bükülmüş halda tapılıb. Bu torlar hətta quşlar üçün də təhlükə yaradır. Lakin bu, kütləvi qırğınların əsas səbəbi ola bilməz.

Müxtəlif sahələrdən olan alimlər kütləvi ölümün səbəbini öyrənməyə çalışırlar. Heyvanların çox çürüməsi səbəbindən keyfiyyət təhlili aparmaq mümkün deyil. Buna baxmayaraq, mütəxəssislər bəzi ölü heyvanlardan nümunələr götürüblər. Amma hələlik heç bir versiya irəli sürülməyib.

“Belə işlər rayon baytarlıq xidmətləri, Hidrobiologiya və Ekologiya İnstitutu, Almatı şəhər Mikrobiologiya və Virusologiya İnstitutu tərəfindən həyata keçirilib. Hazırda bu ekspertlərin ilkin rəyi yoxdur. Niyə - çünki, onların fikrincə, bu, uzunmüddətli prosesdir, elmi işdir”, - Mangistov vilayətinin Balıqçılıq Müfəttişliyi İdarəsinin rəisi vəzifəsini icra edən Andrey Rutski deyib.

Избранный
29
hafta.az

1Источники