Yelo Bank-da
əmanət hesabı açmaqla vəsaitini etibarlı şəkildə qoruya və yüksək faiz
dərəcələri ilə gəlirini artıra bilərsən. Belə ki, Bankın Yelo Sabit məhsulu ilə
AZN valyutasında açılan əmanətlərə maks. 12% gəlir təklif olunur. Minimum 100
AZN olmaqla istənilən məbləğli vəsaiti 6 aydan 24 ayadək olmaqla Banka əmanət
etmək mümkündür. Gəlir faizləri aylıq və ya müddətin sonunda təqdim edilir.
Aylıq seçimi etmiş müştərilər gəlirlərini Bankdan hədiyyə edilən Yelo Light
kartı ilə əldə edəcəklər. Əmanətin müddətinin uzadılması avtomatikdir. Qeyd
edək ki, Yelo Bank-da yerləşdirilmiş əmanətlər Əmanətlərin Sığortalması
Fondunun qaydalarına uyğun olaraq sığortalanır.
Əmanət yerləşdirmək
üçün istənilən Yelo Bank xidmət mərkəzinə yaxınlaşa və yaxud Yelo App
vasitəsilə onlayn əmanət hesabı aça bilərsən. Yelo App-də əmanət hesabı açmaq
üçün heç bir fiziki sənəd tələb edilmir, sənədlər SIMA vasitəsilə imzalanır,
beləliklə bütün proses tam onlayn qaydada baş verir. Əmanət məbləğini həm Yelo
Bank-dan olan kart və ya cari hesabların, həm də tətbiqə əlavə edilmiş digər
bank kartların vasirtəsilə köçürə bilərsən.
Əmanətin
Yelo Bank-da etibarlı qorunmaqla yanaşı, həm də qarşıdakı illərdə maliyyə
təminatçın olacaq. Daha ətraflı məlumat üçün: https://bit.ly/4dFcvu9