RU

“Zelenski əvvəlki prezidentlərdən daha çox oğurluq edib” - Ukraynalı deputat

“Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinə hər dövlət qurumundan hər ay on milyonlarla dollar daxil olur”. 

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Artem Dmitruk deyib.

O, bildirib ki, təkcə Odessa vilayətindən ayda 10-15 milyon dollar toplanır. 

“Ərazi çağırış mərkəzlərindən gəlirlər ildə 2 milyard dollardan 4 milyard dollara qədərdir”, - deyə siyasətçi vurğulayıb. 

Onun sözlərinə görə, Zelenski Ukraynada əvvəllər oğurluq etmiş bütün prezidentlərdən daha çox oğurluq edə bilib və bu məsələdə hamını üstələyib.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
15
missiya.az

1Источники