RU

Dünya birliyi çox vacib bir qərara məhz Bakıda imza atdı- ÖZƏL

"COP29-un ilk günündə iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı mühüm razılaşmaya imza atıldı. Bu razılaşma 2015-ci ildə imzalanmış Paris sazişinin 6.4-cü maddəsi, daha dəqiq desək, karbon kreditləri bazarının formalaşdırılması ilə bağlıdır. İlk növbədə qeyd etmək lazımdır ki, Bakıda əldə olunan bu razılaşma karbon kreditlərinə olan tələbin daha da artmasına və eyni zamanda beynəlxalq karbon bazarının BMT nəzarətində vahid bir bütöv kimi həyata keçməsinə vəsilə olacaqdır. Bu, əslində çox mühüm bir nailiyyətdir". 

Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Beynəlxalq karbon bazarları ilə bağlı ilk təklif 1997-ci ildə "Kioto Protokol"unda qeydə alınmışdır. Həmin vaxtdan isə bu istiqamətdə ciddi bir irəliləyişə nail olunmadı. 2015-ci ilin Paris razılaşmasının 6.4-cü maddəsində bu təsbit olunsa da, bu günə kimi bu sahədə ciddi bir irəliləyiş əldə olunmayıb. Ötən il BƏƏ-də baş tutan COP28 ərəfəsində Paris sazişinin bu maddəsi ətrafında geniş narazılıqlar baş qaldırmış və vahid bir nəticəyə gəlinməmişdir. Amma bu dəfə Azərbaycanın evsahibliyi ilə həyata keçirilən COP29 ərəfəsində bu razılaşmaya nəhayət ki, imza atıldı. Sözsüz ki, Azərbaycanın bu sahədə olan səylərini nəzərdə tutmalıyıq. Azərbaycan COP-dan iki həftə öncədən beynəlxalq karbon bazarlarına nəzarət edən orqan nümayəndəliyi ilə görüşmüş, həmin görüşdə qarşılıqlı şəkildə təkliflər müzakirə olunmuş və yeni standartlar müəyyənləşdirilmişdir. Daha sonra Azərbaycan məhz bu standartları digər tərəfdaş ölkələrlə danışaraq COP29-un ilk günündə razılığın əldə olunmasına təşəbbüs göstərmişdir. Bu baxımdan qlobal miqyasda faydalı və qlobal ekoloji təhlükəsizliyə töhfə verəcək belə bir razılaşmanın əldə olunmasında Azərbaycanın rolu sözsüz ki, əvəzsizdir. Bu razılaşmanın imzalanması ilə inkişaf etməkdə olan ölkələr daha çox imkanlar, maddi resurslar əldə etmiş olacaqlar. Eyni zamanda bu razılaşma dünya ölkələrinin hər il təxminən 250 milyard dollar qənaət etməsinə səbəb olacaqdır ki, bu da həmin resursların iqlim dəyişikliyi ilə mübarizəyə sərf olunmasına və daha yaşıl iqtisadiyyata keçid üçün təmənna rolunu oynayacaqdır. Razılaşmanıan əhəmiyyəti bu baxımdan böyükdür. Baxmayaraq ki, ABŞ və Aİ Paris sazişinin və onun maddələrinin razılaşdırılmasına əngəl törədən əsas tərəflər idi, Azərbaycanın diplomatiyası, qlobal və regional təhlükəsizliyin təminində göstərdiyi təşəbbüslər öz nəticəsini verdi. Dünya birliyi dünyanın gələcəyi, qurtuluşu baxımından çox vacib bir qərara məhz Bakıda COP29 ərəfəsində imza atmış oldu".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
27
olaylar.az

1Источники