RU

"Tesla" 2 min 431 "Cybertruck" avtomobilini geri çağırıb

"Tesla" 2 min 431 "Cybertruck" avtomobilini geri çağırıb

ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla"nın 2 min 431 "Cybertruck" avtomobilini geri çağırdığı açıqlanıb.ABŞ Milli Avtomobil Yolları Qəza Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən verilən açıqlamada, sözügedən qərarın 6 noyabr 2023-cü il və 30 iyul 2024-cü il tarixləri arasında istehsal edilən bəzi "Cybertruck" avtomobillərini əhatə etdiyi ifadə edilib.Açıqlamada 2 min 431 avtomobilin invertorundakı nasazlıq səbəbindən geri çağırıldığı qeyd edilib.Belə ki, son qərarla "Tesla"nın "Cybertruck" avtomobili bu il altıncı dəfə geri çağırılıb.Qeyd edək ki, oktyabrda "Tesla" arxa görüntü kamerasındakı problemə görə ABŞ-da 27 mindən çox "Cybertruck" avtomobilini geri çağıracağını açıqlamışdı.Mənbə: AA

Избранный
1
3
afn.az

7Источники