RU

40 milyon dollarlıq mərc: Qızda cəsarətə bax

Amerikalı videobloger Ceyk Pol və əfsanəvi boksçu Mayk Taysonun noyabrın 15-də baş tutacaq döyüşü ərəfəsində mətbuat konfransı təşkil olunub.

İdman.biz xəbər verir ki, Dallasdakı boks gecəsinin digər 12 iştirakçısının da qatıldığı tədbir qeyri-adi sonluqla nəticələnib.

Ceyk – Tayson qarşılaşması ilə bağlı proqnoz verən 12 boksçudan 9-u Maykın qalib gələcəyini deyib. Bu, Polu qəzəbləndirib.

Bloqer həmin 9 boksçuya öz döyüşü ilə bağlı mərc təklif edib: “Bu mənim xoşuma gəlir. Axmaq insanların axmaq proqnozlar verdiyini görəndə onlara yazığım gəlir. Kim mənimlə mərc gəlir? Kim istəyirsə, əlini sıxım mərc gələk”.

Taysonun qələbə qazanacağını proqnozlaşdıran 9 boksçudan beşi bu çağırışı qəbul edib. Avstraliyalı Den Kulvell 20 dollardan mərc təklifi ilə çıxış edib. Melinda Uotpul öz üzüyündən, Niraj Qoyat və Brüs Kerrinqton 1 milyon dollardan mərc gəlməyə razılaşıblar. Qoyat pul əvəzinə 1 milyon dollar dəyəri olan evini Taysonun qələbəsinə qoyub.

İrlandiya boksunun əfsanəsi Keti Teylor daha cəsarətli davranıb. Xanım idmançı Ceykə “qonorarımızdan mərc gəlmək istəyirsən?” sualını ünvanlayıb. Bloqer irlandiyalı ilə razılaşıb. Keti 9, Pol 40 milyon dollarlıq qonorarını mərcə qoyub.

Qeyd edək ki, tədbirin sonunda Ceyk mərcin sözdə qalmayacağını, hamıya hazırlanacaq xüsusi müqavilələr göndərəcəyini bəyan edib.

İdman.biz

Məqalədə:
Избранный
26
idman.biz

1Источники