RU

ABŞ-ın Yaxın Şərq Planı: İsrail, Kürdlər və İran Gərginliyi

News365.az xəbər verir ki, politoloq Zaur Məmmədovun Facebook paylaşımında bildirilir ki, ABŞ-ın xarici siyasət üzrə təyinatları gələcək illərdə Vaşinqtonun strategiyasının İsrail və Hindistan üzərində mərkəzləşəcəyini göstərir. Məmmədov qeyd edir ki, Tramp hökuməti "müharibələr dayanacaq" devizi ilə seçilsə də, təyin olunan yeni simaların İsrailə olan yaxın baxışları, hətta "İrana qarşı müharibə" ehtimalını da gündəmə gətirir.


Politoloqun sözlərinə görə, İsrailin yeni xarici işlər naziri Gideon Saar da öz çıxışında Kürd xalqını İsrailin təbii müttəfiqi olaraq qiymətləndirib və yeni dövrdə kürdlərlə əməkdaşlıq qurulacağına işarə edib. Saar, kürdlərin İran və Türkiyədən gələn təzyiqlərdən qurtulması üçün siyasi və hərbi dəstəyin mümkünlüyünü vurğulayıb.

Məmmədov bildirir ki, belə bir yanaşma regional balansı ciddi şəkildə dəyişə bilər və Türkiyəni İranın yanında mövqelənməyə itələyə bilər. Bu isə Vaşinqton üçün yeni bir strateji çağırış deməkdir, çünki ABŞ Türkiyənin İranla yaxınlaşmasına imkan vermək istəmir.

Paylaşımda həmçinin vurğulanır ki, Vaşinqtonun qarşısında iki seçim var: ya Kürd faktorunu istifadə edərək Türkiyə-İran yaxınlaşmasını riskə atmaq, ya da bu faktorun rolunu azaldaraq İsrail-Türkiyə əlaqələrini bərpa etmək. Bu istiqamətdə qərarların bölgədəki güc balansını müəyyən edən mühüm faktor olacağı deyilir.

Haqqında danışılan paylaşımı təqdim edirik:


Избранный
4
news365.az

1Источники