RU

"Prezidentliyə namizədliyim üçün 700 mindən çox imza toplanıb" - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenkonun 2025-ci ilin yanvarında keçiriləcək prezident seçkilərində namizəd olması üçün 700 mindən çox imza toplanıb.

"Unikal" BELTA-ya istinadən xəbər verir ki, bu barədə prezidentin özü məlumat verib.

"Ötən gün mənə məlumat verildi ki, bu günə kimi 700 mindən çox imza toplanıb", - deyə dövlət başçısı bildirib.

BELTA-nın məlumatına görə, prezidentliyə namizədlərin irəli sürülməsinin dəstəklənməsi üçün imzaların toplanması noyabrın 7-də başlayıb və 2024-cü il dekabrın 6-da başa çatacaq.

Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib. Bu günlərdə prezidentliyə namizədlər tərəfindən təşəbbüs qruplarının qeydiyyatı üçün lazımi sənədlərin təqdim edilməsi prosesi başa çatıb.

Gülayə Mecid 

Избранный
33
50
unikal.az

10Источники