RU

Kənan Kərimov: "Bu matç bizim üçün dönüş nöqtəsi olacaq"

"İlk oyundakı nəticəyə baxmayaraq, millimizə inanıram. Estoniyanı məğlub etməyə qadirik".

Bu sözləri apasport.az saytına açıqlamasında Kənan Kərimov deyib.

Təcrübəli mütəxəssis millimizin Estoniya ilə matçını dəyərləndirib: "Yığmamıza inanıram. Millimizin möhtəşəm oyunla layiqli qələbə qazanacağını düşünürəm. Estoniya ilə görüş bizim üçün dönüş nöqtəsi olacaq. Həmin rəqiblə səfərdə də pis oynamamışdıq. İlk yarıda topa nəzarət bizim tərəfimizdə idi. Hətta bir neçə qol epizodlarımız da var idi. Məğlub olmamaq üçün onlardan istifadə etməliydik. Lakin bu səfər həmin şansları qaçırmayacağımızı düşünürəm. Məncə, oyuna diqtə edərək inamlı qələbə qazanacağıq. Xal itirəcəyimizi düşünmürəm".

Qeyd edək ki, Azərbaycan - Estoniya matçı noyabrın 16-da saat 18:00-da Qəbələ şəhər stadionunda baş tutacaq. 

İsmayıl Xeyrullayev

Ronaldinyoya Qarabağ xalçası hədiyyə edilib - VİDEO

“Liverpul” “Qarabağ”ın dəvətini qəbul edib

Ramin Quliyev: "Azərbaycan millisi üçün qələbə qazanmağın vaxtıdır"

Millimizin üzvləri Qəbələdə yeniyetmə futbolçularla görüşüblər

U-17 seçmə mərhələdə ilk oyununu keçirib

Избранный
17
apasport.az

1Источники