RU

“Mosfilm” çəkilişlərdə istifadə etdiyi köhnə tankları cəbhəyə göndərib

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın məşhur kinostudiyası “Mosfilm” film çəkilişlərində istifadə üçün saxladığı 36 tankı ordunun ehtiyaclarını ödəmək üçün hərbi hissələrə təhvil verib.

Hafta.az-ın yazdığına görə, “Mosfilm”in baş direktoru Karen Şahnazarov prezident Vladimir Putinlə görüşündə studiyanın hərbi-texniki bazasında yerləşən T-55 və PT-76 model tanklarının Müdafiə Nazirliyinə təhvil verildiyini açıqlayıb. Şahnazarov 2023-cü ildə 28 T-55, 8 PT-76 tankı, 6 zirehli transportyor və səkkiz traktor tədarük etdiklərini bildirib.

T-55 tankları 1958-ci ildə istehsal olunmağa başlayan və hələ də bəzi münaqişə bölgələrində istifadə edilən orta sinif tankları kimi tanınır. PT-76 1951-ci ildə Sovet ordusunun inventarına daxil olan amfibiya tank modelidir. “Mosfilm”, çəkilişlərdə istifadə edilən təxminən 190 hərbi maşına, zirehli və özüyeriyən maşına sahibdir. Bu maşınların əksəriyyəti işlək vəziyyətdədir və komplektlərdə istifadə olunur.

Digər tərəfdən, Ukrayna köhnə model tankları da qərb tərəfdaşlarından tədarük edir. Məsələn, Polşa Varşava Müqaviləsi illərindən yüzlərlə T-72 tankı göndərir, Avstraliya isə köhnə Abrams M1A1 tanklarını Ukraynaya göndərməyi planlaşdırır.

Избранный
12
hafta.az

1Источники