RU

Xantı-Mansidə oğlan uşaqlarına ən çox "Məhəmməd" adı verilir

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın ən mühüm neft bölgəsi olan Sibirin Xantı-Mansi Muxtar Dairəsində 2023-cü ilin ən populyar kişi adı üçüncü ildir ki, “Məhəmməd” olub. Bu ilin əvvəlindən yeni doğulan 339 oğlan uşağına Məhəmməd adı verilib. Qızlar arasında ən çox seçilən ad isə 232 körpəyə qoyulan “Sofiya” olub.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, 2021-ci ildə ən populyar kişi adı “Aleksandr” olub, “Məhəmməd” isə 2022 və 2023-cü illərdə liderliyi ələ alıb.

“Sofiya” adı ardıcıl dörd ildir ki, qızlar arasında ən populyar ad olmaqda davam edir.

Bölgədəki digər məşhur kişi adları arasında Mixail, Artyom, Aleksandr və Roman, qızlara tez-tez verilən digər adlar isə Anna, Amina, Eva və Mariyadır.

Digər bölgələrdə məşhur adlarda fərqlər müşahidə olunur. Sverdlovsk və Yamalo-Nenets Muxtar Dairəsində ən populyar kişi adı “Mixail” olduğu halda, Tümendə “Aleksandr”, “Mixail”, “Artyom”, “Matvey” və “Roman” adları ön plana çıxıb. Qızlar arasında "Sofiya", "Anna", "Viktoriya", "Eva", "Mariya" və "Yeseniya" kimi adlara bu bölgələrdə ən çox üstünlük verilən adlar arasındadır.

Избранный
8
hafta.az

1Источники