RU

Prokurorlar partiya liderinə 5 il həbs cəzası istəyir

Prokurorlar

Paris Prokurorluğu ifrat sağçı Milli Cəbhə Partiyasının faktiki lideri Marin Le Penin 5 il müddətinə azadlıqdan məhrum edilməsini və eyni müddətə dövlət vəzifəsində işləməsinə qadağa qoyulmasını tələb edib.

Reyting.az
xəbər verir ki, məhkəmə ittihamlarla razılaşarsa, 56 yaşlı Le Pen 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək.

Bundan başqa, prokurorlar partiyanın iki milyon avro cərimələnməsini də istəyirlər. Prokurorlar hətta vəkillər apellyasiya şikayəti versə belə, dövlət vəzifəsində işləməyə qoyulan qadağanın dərhal qüvvəyə minməsini tələb edib.

Le Pen prokurorları “Fransız xalqını istədikləri şəxsə səs vermək imkanından məhrum etmək”də ittiham edib: “Mən ən kiçik pozuntuya və ya ən kiçik qanunsuz hərəkətə yol verdiyimi qətiyyən hiss etmirəm”.

Qeyd edək ki, xanım Le Penin lideri olduğu partiya Rusiyayönlü mövqeyi ilə tanınır və Qərbin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyaları pisləyir. 2014-cü ildə Le Pen Ukraynanın federallaşdırılmasını təklif edib. O, Rusiyanı böyük dövlət adlandırıb və əlavə edib ki, ABŞ Rusiya Federasiyasına qarşı soyuq müharibə aparır.

E. KAMAL
Избранный
14
reyting.az

1Источники