RU

“COP29 Azərbaycanın qlobal liderliyini növbəti dəfə nümayiş etdirir”- ŞƏRH

 

“COP29 Azərbaycanın qlobal liderliyini növbəti dəfə nümayiş etdirir”- ŞƏRH

“COP29-da başlayan gündən iştirak edən bir şəxs kimi deyə bilərəm ki, bu konfrans Azərbaycanın qlobal liderliyini növbəti dəfə nümayiş etdirmiş olur. COP29 üçün ölkəmizə təşrif buyuran xarici ölkə vətəndaşları hansı ki onların içərisində dünyanın aparıcı beyin mərkəzlərinin əməkdaşları, vətəndaş cəmiyyəti institutları, media var, onların hər biri Azərbaycanda keçirilən COP29-un nə qədər mükəmməl təşkil edildiyini vurğulayırlar”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

T. İsmayılovun sözlərinə görə, konfrans iştirakçılarının fikirləri ölkəmizin siyasi, iqtisadi, ekoloji məsələlərlə bağlı dünya gündəmini məşğul edən bəşəri və qlobal problemlərdən çıxış yoluna verdiyi töhfələri növbəti dəfə nümayiş etdirmiş olur:

“Eyni zamanda, COP29 həm də bir sıra vacib qərarların alınmasında Azərbaycanın təşəbbüsləri ilə yadda qalır. Təbii ki, COP29-dan sonra obyektiv, dürüst və vicdanlı iştirakçılar Azərbaycanda keçirilən bu mühüm tədbirin əhəmiyyətindən bəhs edəcəklər, eyni zamanda razılaşmaların yerinə yetirilməsi üçün daha da aktivlik nümayiş etdirəcəklər.

Azərbaycan öz xarici siyasət kursunda balansı davam etdirir. Məhz buna görə də Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edir, COP29 kimi vacib bir tədbirə ev sahibliyi edir. Həmçinin Azərbaycanın üzv olmadığı təşkilatlarda belə böyük maraqla dinlənilir”.

//Gülnarə Abasova, Editor.az

Избранный
10
editor.az

1Источники