RU

İnstaqram fenomeni “28 Mall” un yanındakı səkidə maşın sürdü - VİDEO

Sosial şəbəkələrdə iaşə obyektlərinin işçilərinin, blogerlərin qanunazidd əməllərini videoya çəkərək yaymaları artıq dəb halını alıb.

Avtosfer.az xəbər verir ki, ölkənin bir neçə bölgəsində filialı olan paltar mağazasının satıcısı yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Belə ki, paytaxtın Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində yerləşən “Ayz Baku” kişi paltarının satışı ilə məşğul olan mağazada işləyən satıcı avtomobilini mağazanın qarşısındakı səkiyə dırmaşdırıb. Özünü reklam etməyə çalışan Fidan Əhmədzadə 77-MS-619 qeydiyyat nişanlı “KIA” markalı avtomobilini səkidə parklaması azmış kimi, hələ üstəlik maşını səkidə sürməkdən də çəkinməyib.

Vaxtaşırı Daxili İşlər Nazirliyinin, DYP-nin blogerlər və sosial şəbəkə fenomenlərinə qanunlara əməl etməklə vətəndaşlara nümunə olmaları mövzusunda tövsiyyələr etməsinə baxmayaraq həmin şəxslərin qaydaları kobud şəkildə pozmaları vətəndaşlara mənfi örnək olmaları ilə nəticələnir. Aralarında bəzilərinin dəhşətli qəzalarda həlak olması, bədən üzvlərini itirməsi, bir çox hallarda cərimələnməsi, hətta həbs edilməsi digərlərinə hələ də təsir etmir.

Qeyd edək ki, bu cür qayda pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 manat cərimələnir.

Səfər

Избранный
18
avtosfer.az

1Источники