RU

Nazirlərin arvadı ilə cinsi əlaqədə olub videolarını yaydı

Ekvatorial Qvineyada onlarla nazir arvadı ilə cinsi əlaqədə olan məmur məhkəmə qarşısına çıxarılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Milli Maliyyə Təhqiqat Agentliyinin keçmiş direktoru yüksək vəzifəli məmurların arvadları ilə cinsi əlaqədə olmaqda ittiham olunur. Qalmaqal 54 yaşlı Baltasar Enqonqanın ofisində və digər dövlət binalarında qadınlarla cinsi əlaqədə olduğunu göstərən 400-ə yaxın videonun internetdə yayılmasından sonra yaranıb.

Onun məşuqələri arasında 20 nazirin, polis rəisinin arvadı, həmçinin ölkə prezidentinin gəlini və bacısı Teodoro Obianq Nguema Mbasoqo da olub.

Videolar Enqonqanın korrupsiya ilə bağlı aparılan araşdırma zamanı aşkarlanıb. Əvvəlcə bütün çəkilişlərin qadınların razılığı ilə aparıldığı iddia edilsə də, sonradan bunun belə olmadığı məlum olub. Səs yazıları internetə sızıb və bu, geniş ictimai etiraza səbəb olub. Ölkənin İnformasiya naziri Jeronimo Osa Enqonqanı Ekvatorial Qvineyanın etik standartlarını və mənəvi dəyərlərini pozmaqda ittiham edib.

Избранный
9
2
bakuinfo.net

3Источники