RU

Yığmanın oyunu üçün satılan bilet sayı bəlli oldu – niyə belə az?

Yığmamız şənbə günü Millətlər Liqasının 6-cı turunda Estoniyanı sınağa çəkəcək. Məlum olduğu kimi, komanda tarixində ilk dəfə Qəbələdə meydana çıxacaq.

Matçın yetərincə əhəmiyyətli olduğunu bilirik. Mümkün xal itkisi yığmamızın sonda C liqasını tərk etməsiylə nəticələnə bilər ki, bu, həm Fernando Santuşun, həm də komandanın imicinə zərbədi.

Təbii ki, belə vacib oyunda azarkeş dəstəyi də önəmli amildi. Bəs indiyə qədər oyuna neçə bilet satılıb? Bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədlidən məlumat aldıq. O, “Football-plus.az”a açıqlamasında 1800 biletin satışa çıxarıldığını və hələ ki 800-nün sahibini tapdığını dedi.

Xatırladaq ki, oyun günü Qəbələ şəhər stadionunda bilet satışı nəzərdə tutulub.Biletlərin qiymətlərini və əldə edə biləcəyiniz ünvanları bir daha diqqətinizə çatdırırıq:

1-ci kateqoriya - 5 AZN
2-ci kateqoriya - 2 AZN
VİP - 20 AZN
“iTicket.az” satış məntəqələri: Gənclik Mall, 28 Mall, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1, 2, 3 və 4 Saylı ASAN xidmət mərkəzləri, 1 saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi.

KƏNAN BAHADIR

Избранный
36
football-plus.az

1Источники