RU

Paris meri krossoverlərə qarşı - SƏBƏB

Fransa paytaxtının meri Ann İdalqo krossoverlərə qarşı çıxış edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

A.İdalqo hesab edir ki, krossoverlər və yolsuzluq avtomobilləri ətraf mühiti çirkləndirir və şəhər yollarında yığcam avtomobillərdən daha böyük təhlükə yaradır. Tezliklə Fransa Senatına şəhər şuralarına bəzi şəxsi avtomobillərdən istifadəni qadağan etmək səlahiyyəti verən qanun layihəsi təqdim oluna bilər.

Qanun layihəsi qüvvəyə minərsə, bütün krossoverlər və yolsuzluq avtomobilləri deyil, "Range Rover" kimi yalnız lüks və premium avtomobillərə məhdudiyyət tətbiq ediləcək. Buraya çəkisi 1.7 tondan çox olan benzin və dizel krossoverləri və yolsuzluq avtomobilləri, eləcə də iki tondan artıq çəkisi olan elektrik yolsuzluq avtomobilləri daxildir.

Nəşrin istinad etdiyi statistikaya görə, qadağan oluna bilən krossoverlər və yolsuzluq avtomobilləri Paris avtomobil parkının təxminən 25%-ni təşkil edir.

Milli.Az

Избранный
21
2
milli.az

10Источники